Dondurma xəstəliyə səbəb olurmu?

Dondurma xesteliye sebeb olurmu?

Dondurma əslində xəstəliyə səbəb olmur. Ancaq istehsal əsnasında qida maddələri nizamnaməsinə əməl etmədən sintetik maddələrdən istifadə olunması, düzgün paylama və saxlama qaydalarına əməl olunmaması xəstəlik yarada bilər. Süd məhsulları tez xarab olan və faydasını tez itirən məhsul olduğu üçün sağlamlıq şərtlərinə əməl olunaraq istehsal edilən və sağlam qablaşdırmada satışa çıxarılan dondurmalar yeyilməlidir. Həmçinin yedikdən sonra ağzın yaxşıca yaxalanması və xüsusilə də uşaqların gündə iki dəfə dişlərini fırçalamaları məsləhət görülür.

Bəzən valideynlər artıq çəki yarada bilər qorxusu ilə uşaqlara dondurma verməkdən çəkinir. Lakin şokolad, halva və xəmirdən hazırlanan şirniyyatlar eyni miqdarda dondurmadan 3-4 dəfə çox enerji verir. Həmçinin dondurmanın tərkibində protein, karbohidrat və yağlarla yanaşı A, C, D, E və B qrubu vitaminləri, kalsium, fosfor, maqnezium, natrium, potasium, sink və dəmir kimi minerallar da vardır.

Dondurmanın farengit yarada biləcəyi düşüncəsi də bəzi insanları bu qidadan imtina etməyə vadar edir. Lakin bunun da qaydaları var. Farengit olmamaq üçün dondurmanı bədən temperaturunun həddindən artıq yüksəldiyi vaxtlarda sərinləmək məqsədilə yeyilməməsinə, qızmar istilərdə dondurmaya “hücum çəkməməyə” diqqət etmək lazımdır. Mümkün olduğu qədər 1 fincan otaq temperaturunda olan su ilə udumlayaraq yavaş-yavaş yeyilsə, sağlamlıqla bağlı heç bir problemə səbəb olmaz.